525.Az

“Hesabat” və “El” jurnalları bağlanır


 

“Hesabat” və “El” jurnalları bağlanır<b style="color:red"></b>

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, bu quruma məxsus “Hesabat” və “El” jurnallarının bağlanacağı gözlənilir. Lakin hələlik bunlarla bağlı əmr verilməyib.

“Bu mümkündür. Jurnallar açılır, bağlanılır. Pis yazırlar və ya satılmır. Bunu bağlayıb başqasını açırlar. Yenilik hər yerdə, o cümlədən jurnalda, qəzetdə, saytda da lazımdır. Bunlar bağlandıqdan sonra nə isə açılacaq, lakin bu haqda hələ dəqiq məlumat yoxdur”, – deyə M.Məmmədov vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin “Hesabat” və “El” dərgilərinin özlərini doğrultmadığı və onlara televiziyanın gəlirlərindən pul xərcləndiyi üçün bağlanma qərarı verəcəyi haqqında “aznews.az”da məlumatlar dərc olunmuşdu.

 





15.01.2013    çap et  çap et