525.Az

"Autizmli uşaqların cəmiyyətə inteqrasiyası" mövzusunda dəyirmi masa - Fotolar


 

"Autizmli uşaqların cəmiyyətə inteqrasiyası" mövzusunda dəyirmi masa - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və "Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi" İctimai Birliyi (ADPYM), ali və xüsusi təhsil müəssisələrinin təhsil işçiləri və KİV nümayəndələrinin iştirakı ilə "Autizmli uşaqların cəmiyyətə inteqrasiyası" mövzusunda respublika miqyaslı dəyirmi masa keçirilib.
 
Autizm sindromlu uşaqların müasir problemləri və onların həlli istiqamətində zəruri olan məsələlərin müzakirə edildiyi dəyirmi masanı giriş sözü ilə açan ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novquzov XXI əsrin qlobal problemi hesab edilən autizmin ölkəmizdə də aktual məsələlərdən biri olduğunu, dünya əhalisinin 1 faizinin, yəni 70 milyon nəfərin autizmin qurbanı olduğunu,qeyri - rəsmi stastistikaya görə respublikamızda təxminən 4000-ə yaxın uşağın autizm sindromundan əziyyət çəkdiyini söyləyib.

Dəyirmi masanın 20 noyabr Uşaq Hüquqlarının Müdafiəsi günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığını qeyd edən Q.Novruzov autizm sindromlu uşaqların müəyyənləşdirməsi, onların cəmiyyətə inteqrasiyası və s. bu kimi məsələlərə toxunaraq bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.  Dəyirmi masanın keçirilməsində məqsədin cəmiyyətin diqqətini autizmli uşaqların problemlərinə cəlb etmək, mövcud çətinlikləri aradan qaldırmaq üçün yollar axtarmaq, onların ictimai həyatda tam hüquqlu iştirakını təmin etməkdən ibarət olduğunu bildirib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva "Autizm probleminin qanunvericilikdə öz əksini tapması" mövzusunda da çıxış edib. Qənirə Paşayeva bildirib ki, bu xəstəliyi dərindən anlamaq üçün  sadəcə 20 dəqiqə autizim sindromundan  əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir. Onun sözlərinə görə, xəstəlik barədə cəmiyyət mütləq şəkildə maarifləndirilməlidir. Milli Məclisin üzvləri Hadı Rəcəbli, Fazil Mustafa mövzu ətrafında nitq söyləyərək autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasının qanunvericiliklə tənzimlənməsinin vacibliyini vurğulayıblar.

Vəfa MƏMMƏDLİ

 





20.11.2015    çap et  çap et