525.Az
Dövlət Komitəsi məhkəməyə verildi
“Atlant” İstirahət Mərkəzi MMC Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz ərazi İdarəsini məhkəməyə verib.
APA-nın məlumatına görə, MMC İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan istirahət mərkəzinin ərazisində yoxlamaların keçirilməsinin qadağan edilməsi barədə iddia ilə Sumqayıt şəhər İnzibati İqtisad Məhkəməsinə müraciət edib.
Hazırda məhkəmədə iddia əsasında məhkəmə prosesi davam etdirilir.
21.11.2015
çap et