525.Az

Nişinoşima adası böyüməkdə davam edir


 

Nişinoşima adası böyüməkdə davam edir<b style="color:red"></b>

Yaponiya Sahil Mühafizəsi Xidmətinin nümayəndələrinin bildirdiyinə görə, Sakit okeanda püskürmə nəticəsində iki il əvvəl əmələ gəlmiş Nişinoşima adasının ərazisi 12 dəfə böyüyərək 2,64 kvadratkilometrə çatıb.

Xidmətin əməkdaşları noyabrın 17-də Oqasavara adalar qrupuna daxil olan və Tokiodan təxminən min kilometr cənubda yerləşən Nişinoşima adasını havadan müşahidə ediblər.

Xidmətin məlumatında bildirilir ki, adanın mərkəzində lava axını və partlayışlarla müşayiət olunan fəal püskürmə davam edir.

AzərTAc

 





21.11.2015    çap et  çap et