16-20 noyabr tarixində 2015/2016-cı tədris ilində istehsalat təcrübəsi keçəcək Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbələri ilə universitetin dekan, dekan müavinləri, Keyfiyyət təminatı şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Universitetdən verilən məlumata görə, görüşdə istehsalat təcrübəsinə dair qaydalar Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva tərəfindən izah olunub.
Təcrübə bölməsinin təlimatçısı Elnurə Əliyevanın təcrübə dövründə lazım olan sənədlərə dair hazırladığı xüsusi təqdimata baxış keçirilib.
Vəfa MƏMMƏDLİ
çap et