“Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimlərdə xilasetmə qurumları, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və BP şirkətinin şəxsi heyəti iştirak edəcək. Təlimlər xüsusi texnika və avadanlıqları cəlb edilməsi quruda və dənizdə keçiriləcək.
Təlimlər FHN-nin yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də keçiriləcək.
Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.
çap et