525.Az

"Terrorun dinlә heç bir әlaqәsi yoxdur”


 

"Terrorun dinlә heç bir әlaqәsi yoxdur”<b style="color:red"></b>

“İslam cinayәtkarların hәyata keçirdiyi terror aktlarına görә mәsuliyyәt daşımır. Cinayәtkarlıq heç bir dinlә vә heç bir mәdәniyyәtlә әlaqәli deyil".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş verən terror hadisələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün cәmiyyәtlәrdә cinayәtkarlar var:

“Biz buddistlәrin buddizmә qarşı, xristianların xristianlara qarşı törәtdiyi cinayәtlәri dinlә bağlaya bilmәrik.

Müәyyәn müsәlmanların İslama qarşı terror aktları vә cinayәtlәri dә din adlandıra bilmәrik. Bu әdalәtli, obeyktiv deyil. İslam sülh, bilik, toleranlıq vә müxtәlifliklәrә hörmәt dinidir.
 
Biz dünyaya bildirmәliyik ki, bu cinayətlәr İslama bağlı deyil. Yәmәndә, Suriyada, İraqda baş verәn terror aktlarını pislədiyimiz kimi Parisdә baş verәn terror aktlarını da pislәyirik. Terror terrordur vә bunun dinlә heç bir әlaqәsi yoxdur”.

 





23.11.2015    çap et  çap et