525.Az

Bakı metrosunda gecikmə


 

Bakı metrosunda gecikmə <b style="color:red"></b> Bakı metrosunda gecikmə baş verib.

Bu barədə “APA-Economics”ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
 
N. Paşayevin sözlərinə görə, Həzi Aslanov-Dərnəgül istiqaməti üzrə hərəkət edən 42 saylı marşrut qatarında 09:16-da Nəriman Nərimanov metro stansiyasında olarkən nasazlıq olub:

"Məhz həmin qatarda olan nasazlığa görə, onun ardı ilə gələn qatarlarda gecikmə olub. Sadəcə bir qatarda, Həzi Aslanov - İçərişəhər istiqaməti üzrə hərəkət edən 15 saylı marşrutda Ulduz - Nəriman Nərimanov stansiyaları arasında tuneldə qalıb.
 
Qurum rəsmisi bildirib ki, artıq problem aradan qaldırılıb hərəkət bərpa olunub.
 





23.11.2015    çap et  çap et