525.Az

Ağdaş seçki dairəsində təkrar seçkilər keçiriləcəkmi?


 

Ağdaş seçki dairəsində təkrar seçkilər keçiriləcəkmi?<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri ləğv olunan 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin keçirilməsi məsələsinə Konstitusiya Məhkəməsinin noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına dair qərarından sonra baxacaq.
 
MSK-dan 525.az-a verilən məlumatda qeyd olunub ki, Konstitusiya Məhkəməsinin qərarı olmadan təkrar seçkilərin keçirilməsi barədə danışmaq tezdir.

Qeyd edək ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib.

Noyabrın 24-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilən seçkilərlə əlaqədar MSK-nın təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirəcək.

Qeyd edək ki, sözügedən dairədən "Azəriqazbank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat mandatı qazanmışdı.

 





23.11.2015    çap et  çap et