525.Az

“Arab News” Azərbaycan səfirinin müsahibəsini dərc edib


 

“Arab News” Azərbaycan səfirinin müsahibəsini dərc edib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən “Arab News” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin müsahibəsini dərc edib.

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Həmin vaxtdan etibarən ölkələrimizin əlaqələri ildən-ilə möhkəmlənib. Diplomat kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, tikinti, bankçılıq, neft-kimya sənayesi sahələrində əməkdaşlığın inkişaf etdiyini bildirib. O, Səudiyyə Ərəbistanının beynəlxalq aləmdə artan rolu barədə danışaraq, bu ölkənin dünyada əsas oyunçulardan birinə çevrildiyini vurğulayıb.

Səfir, həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında hava əlaqəsi haqqında imzalanmış Sazişin əhəmiyyəti haqqında söhbət açıb.

R.Rzayev Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) 12-ci Baş Konfransı və qurumun İcraiyyə Şurasının 36-cı iclası barədə ətraflı məlumat verib.

AzərTAc

 





23.11.2015    çap et  çap et