525.Az

Gənclərin “Ədəbi Məclisi”nə start verildi


 

Gənclərin “Ədəbi Məclisi”nə start verildi<b style="color:red"></b>

Gənclər üçün Təhsil Mərkəzi regionlarda milli-mənəvi dəyərlərimizi təbliğ etmək məqsədilə gənclər arasında “Ədəbi Məclis” kampaniyasına başlayıb.

Quba rayonunda təşkil olunan Məclisin ilk görüşü çərçivəsində gənclərin rayon ziyalıları, ədəbiyyat xadimləri və digər tanınmış şəxslərlə görüşü keçirilib.

Tədbir çərçivəsində şəhər ziyalısı Rahib Alpanlının “Yaxşılığın göz yaşları” əsəri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə “Ədəbi Məclis” kampaniyasının əhəmiyyəti barədə danışaraq, bu istiqamətdən görülən işlərin Mərkəz tərəfindən reallaşdırılan Azərbaycan Gənclərinin Maarifçilik Forumunun davamı olduğunu vurğulayıb.
 
Bildirib ki, bu gün gənclərimizi əqli əməklə məşğul olan ziyalılarımızdan bəhrələnməli, onların maarifçilik ənənələrini davam etdirməlidirlər.

Daha sonra İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin rəsmiləri də fikirlərini bölüşüb, “Ədəbi Məclis”in rayon gəncləri üçün səmərəli olacağını qeyd ediblər.

Cavid ŞÜKÜROV

 





23.11.2015    çap et  çap et