525.Az

Multikulturalizmin inkişafında “I Beynəlxalq İngilis Dilinin Tədrisi Forumu”nun rolu olacaq


 

Multikulturalizmin inkişafında “I Beynəlxalq İngilis Dilinin Tədrisi Forumu”nun rolu olacaq <b style="color:red"></b>

Bakı Slavyan Universiteti, Qafqaz Universiteti və Təhsil Problemləri İnstitutu birlikdə “1-ci Beynəlxalq İngilis dilinin tədrisi forumu“ keçirib.
 
Forumun əsəs mövzusu İngilis dilinin bu gün dünyada ən çox tədris edilən xarici dillərdən biri olduğunu nəzərə alıb hədəfə tez və qısa zamanda nail olmaq üçün dilin tədrisi ilə əlaqədar müasir üsul və metodların və Dünya təcrübəsinin və müasir təhsil metodlarının tətbiqi edilməsi olub.

Forumda təşkilatçı ali təhsil müəsisələrinin rektorları, Filippin, ABD və yerli ingilis dili üzrə mütəxəsislər , Bakı ,Abşeron və Sumqayıt orta məktəblərinin ingilis dili müəllimləri iştirak edib.

Himnimizin səsləndirilməsi ilə başlayan tədbirə ev sahibliyi edən Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç çıxış edərək Forum iştirakçılarını salamlayıb və forumun işinə uğurlar arzulayıb : “Tədris ili müddətində pedoqoji fakültəsi tərəfindən bütün ixtisaslar üzrə forumların keçirilməsini planlayırıq. Bu gün bu forumlardan birincisinə sizlərlə birlikdə şahidlik edirik. İngilis dili günümüzdə xarici dil olaraq ən çox tədris edilən və dünyada ən çox istifadə edilən dildir. Hər bir ölkənin təhsil proqramlarında İngilis dilinin tədrisinə yer verilir. Qurulduğu gündən bu yana universitetimiz də İngilis dilinin tədrisini prioritet sahə olaraq görmüşdür. Bu gün universitetimizdə bir Dillər məktəbi, İngilis Dili və Ədəbiyyatı müəllimliyi kafedrası və İngilis-Azərbaycan dili üzrə tərcüməçi və tərcümə Mütərcimlik hissəsi mövcuddur. Qafqaz Üniversitetinde fəaliyyət göstərən bölmələrin 70 faizinin tədris dili ingilizcədir. Ayrıca 9 ildir Qafqaz Universitetində TOEFL imtahanı keçirilir. Forumun nəticəsinin uğurlu olacağına inanaraq hər birinizə iştirakınız üçün təşəkkür edirəm”.

Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev rəhbərlik etdiyi universitet adından forum iştirakçılarını salamlayıb: ”Forumda sizlərlə birlikdə olduğum üçün çox şadam. Mən bir təhsil işçisi və filoloq kimi forumun mühüm əhəmiyyətə malik olduğunu xüsusi qeyd edirəm. Ölkəmizdə xüsusən müstəqilliyə qədəm qoyduğu dövrdən xarici dillərin tədrisi bizim üçün strateji bir məsələyə çevrilmişdir. Eyni zamanda xarici dilin tədrisi mədəniyyət baxımından çox əhəmiyyətlidir. Hələ qədim dövrlərdən klassiklərimiz, ziyalılarımız ana dilimizlə yanaşı xarici dillərdə də yazıblar. İsmayıl bəy Qurtqaşınlının yazdığı ilk povestimizin Fransız dilində çap olunması buna əyani sübutdur. Bu kimi tarixi faktlar xalqımızın tolerantlığından, dünya mədəniyyətinə açıqlığından xəbər verir.

Hazırda universitetlərdə və orta məktəblərimizdə ingilis dili fənn kimi tədris olunur . Ali və orta ixtisas məktəblərində ümumi tədrisin ingilis dilində aparılması da çox əhəmiyyət kəsb edən məslədir. Bakı Slavyan Universitetində də ingilis dili slavyan dilləri ilə yanaşı tədris olunur. Əminəm ki, bu tədbir bir başlanğıc olacaq, adından da göründüyü kimi bu birinci beynəlxalq forumdur və gəlcəkdə bunun davamı olacaq.”

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov : “Bu gün Qafqaz Universitetində tədris prosesi və tədrisin keyfiyyəti ilə bağlı növbəti bir tədbirdə toplanmışıq.

Bu tədbirin indiki dövrə təsadüf etməsi bizim üçün, Təhsil Problemləri İnstitutu üçün kifayət qədər əhəmiyyətlidir. Çünki “Təhsilin İnkişafı üzrə Dövət Strategiyası”nın icrası prosesində, hazırda Təhsil Problemləri İnstitutunda 12 illik təhsilin yeni standartları hazırlanır, yeni məzmun hazırlığı prosesindəyik, yəni bu baxımdan hər bir fənnin məzmunun hazırlanması ilə bağlı metodikasının müəyyənləşdirilməsi, strategiyanın müəyyən olunması baxımından belə tədbirlərə, müzakirələrə ehtiyacımız vardır.

İkinci bir tərəfdən, bütövlükdə xarici dilin tədrisi ilə bağlı danışdıqda həmişə bizi bir sual düşündürür. Biz birinci sinifdən 11 sinfə qədər xarici dil tədris edirik, təqribən hazırki 32-34 həftə olmasından asılı olaraq, 11 il ərzində 700-750 saat xarici dil tədrisi veririk, amma məzunlarımıza TOFLE, İELTS beynəlxalq sertifikatlar lazım olanda, gəlin etiraf edək ki, onları Qafqaz Universitetində də fəaliyyət göstərən bu və ya digər kurslara göndərməli oluruq, yaxud əlavə hazırlıq tələb olunur. Bu suallara axtarılan cavablar, bizim bu tədbirdən olan gözləntilərimizdir. Bütövlükdə tədris prosesində, təlim texnologiyalarında çox sürətli, çox çevik bir sürətlə proseslər baş verir. Təbii ki, biz bu proseslərə, dəyişikliklərə adoptasiya olunmalıyıq. Mənə elə gəlir ki, ingilis dilinin vacibliyi haqqında danışmaq bu gün sizlərin qarşısında artıqdır. Forumun işinə müvəffəqiyyət diləyirəm “

Forumda Qafqaz Universitetinin ibtidai təhsilin pedoqoqikası və metodikası kafedrasının müdiri professor Əjdər Ağayev çıxış edərək xarici dilin tədrisinin multikuturalizm inkişafındakı rolundan danışıb: “İnsan hissi olan, duyğusu olan, baxışları olan, həyata münasibəti olan, müəyyən problemlərə fərqli münasibəti olan ali bir varlıqdır və bu varlığın formalamasında birinci yeri ən qədim zamanlardan indiyə qədər tərbiyə təşkil edir. Coğrafi sərhədlər var, adət-ənənə fərqi, mədəniyyət fərqi az, yaxud çox dərəcədə olsa da, bizim dəyərlərimizdə hamısına hörmət, ehtiram göstərmək zəruridir.

Ona görə də bu gün Azərbaycan Respublikasında ən yüksək səviyyədə multikulturalizm mədəniyyətinin formalaşdırılmasına çalışılır. Azərbaycan dünyanın ən multikultural mədəniyyətinə sahib olan xalqların birliyidir. Multikulturalizm Azərbaycanda çox qədimdən olsa da artıq bu gün dövlət siyasətinə çevrilib.

Multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün biz dünyaya mədəniyyətimizlə, iqtisadiyyatımızla, maddi - mənəvi sərvətlərimizlə çıxırıq. Kadr potensialımızla da dünyaya çıxmalıyıq ki, bunun üçün də ingilis dilinin vacibliyi danılmazdır, hətta indi elmi kadr hazırlığında hədəf Nobel mükafatı ala biləcək insanlar yetişdirməkdir. Bu hədəflərə çatmaq üçün tədris prosesindəki yenilikləri öyrənib dilin tədrisində tətbiq etməliyik. ”
Səkkiz mövzü üzrə müzakirələrlə davam edən forumun sonunda iştirakçılara sertifikat verilib. İştirakçılar da forumdan razı qaldıqlarını, davamlı olmasını istədiklərini bildiriblər və təşkilatçılara təşəkkür ediblər

 





23.11.2015    çap et  çap et