Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Akademiyadan 525.az-a verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli memarın zəngin fəaliyyətindən, Azərbaycanın milli memarlıq sənətinə verdiyi töhfələrdən söz açıb.
A.Əlizadə Prezident İlham Əliyevin “Akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamını xatırladıb.
Bildirilib ki, Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri vardır.
Digər çıxış edənlər də dünya şöhrətli memar, alim, pedaqoq, akademik M.Hüseynovun Azərbaycan memarlığının inkişafındakı xidmətlərindən danışıblar.
Cavid QƏDİR
çap et