525.Az

İran avro və dollardan imtina edir


 

İran avro və dollardan imtina edir<b style="color:red"></b>

İran əcnəbi tərəfdaşları ilə kommersiya ödənişlərində avro və Amerika dollarından istifadə etməyəcək.
ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu İranın iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni deyib.

“İran hökuməti xarici ticarəti əməliyyatlarda avro və Amerika dollarının yığışdırılmasına göstəriş verib. Ölkə xaricindəki ödənişlərin modeli dəyişdiriləcək”, - deyə nazir jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu qərar İran hökuməti yanında iqtisadi işçi qrup tərəfindən qəbul olunub.

 





16.01.2013    çap et  çap et