525.Az

Şahdağ Milli Parkında yanğının qəsdən törədildiyi güman olunur - Rəsmi


 

Şahdağ Milli Parkında yanğının qəsdən törədildiyi güman olunur - <b style="color:red">Rəsmi</b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkında baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib:

"Dərhal əraziyə cəlb olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində bu gün səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib".

Məlumatda qeyd olunub ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin qəsdən törədildiyi ehtimalını yaradır:
 
"Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub".

Cavid QƏDİR
 





26.11.2015    çap et  çap et