525.Az

Novruz Məmmədovdan Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsinə münasibət


 

Novruz Məmmədovdan Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsinə münasibət<b style="color:red"></b>

"Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb.

N.Məmmədov deyib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir:

"Rusiya da bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir.

Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır".

 





26.11.2015    çap et  çap et