525.Az

Rəşad Məcid: “Türk bayrağını Kremlə asacağıq” deməklə problemi həlli etmək mümkün deyil”


 

Rəşad Məcid: “Türk bayrağını Kremlə asacağıq” deməklə problemi həlli etmək mümkün deyil”<b style="color:red"></b>

Mən öz fikirlərimi tesiz şəklində məlum statusumda qeyd etmişəm və indi də o fikirdəyəm ki, təyyarənin vurulması məsələsi Rusiya-Türkiyə münasibətlərinə çox böyük zədə vurdu. Bu zədə isə nə bizə, nə regiona, nə Türkiyəyə, nə də Rusiyaya lazım idi.
 
Gün.Az xəbər verir ki, bunu “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması və bunun ətrafında qalmaqalın yaranması ilə bağlı “facebook” səhifəsində paylaşdığı statusun geniş müzakirələrə və ittihamlara səbəb olmasına münasibətini bildirərkən deyib.
 
R.Məcid iddia edib ki, Türkiyə tərəfindən bu addıma getməmək, bundan qaçmaq da olardı:
 
“Hesab edirəm ki, əslində Türkiyəni belə bir addıma vadar edəcək ciddi problem də baş verməmişdi. Buna görə də bu yöndə fikirlərimi əsaslandırıb tezis şəklində yazmışam.
 
İndi mənimlə bağlı fikir bildirən “alovlu vətənpərvərlərə” də bir daha demək istəyirəm ki, vətənpərvərlik öz ana dilini gözəl bilməkdir. Yəni, mən üzr istəmək ifadəsini heç yerdə işlətməmişəm, mən üzrxahlıq ifadəsini işlətmişəm və  üzrxahlıq da üzr istəməkdən fərqlidir-tam fərqli məna daşıyır”.
 
R.Məcidin sözlərinə görə, Türkiyənin rəsmi şəxsləri də artıq bu üzrxahlığa getməkdədirlər:
 
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında dedi ki, biz bilməmişik ki, vurulan rus təyyarəsi olub. Sonra Çavuşoğlu Lavrova başsağlığı verdi. Yəni, məhz baş verən bu hadisədən üzüntünü-narahatlığı bildirmək əslində üzrxahlıqdır”.
 
O, qeyd edib ki, statusunda da vurğuladığı kimi,  son 100 ildə heç vaxt belə olmamışdı ki,  Rusiya-Türkiyə münasibətləri bu cür normal halda olsun.
 
“Biz 20-25 ildir ki,  ölkəmizdə, regionumuzda gedən faciəli prosesləri görürük. Eyni zamanda, ABŞ-ın da, Qərbin də burada müəyyən məsələlərin həllində rol oynamağa çalışmasının nəticəsiz qaldığını görmüşük. Onların “fəaliyyətlərinin”- həm Qarabağ məsələsində, həm elə Yaxın Şərqdə yaşanan proseslərdə hansı vəziyyətlərə gətirib çıxardığını müşahidə etmişik.
 
Bu baxımdan, mənim düşüncəm belədir ki, son 20-25 ildə bizim gördüyümüz və yaşadığımız proseslərin, problemlərin açarı nə ABŞ-ın, nə də  Avropanın əlindədir. Dediyim kimi, əslində onların “fəaliyyətlərinin” nəticəsi böyük fəsadlara gətirib çıxarıb”.
 
R.Məcid bu baxımdan hesab edir ki, bu regionda  sabitlik-stabillik, konfliktlərin həlli ancaq Rusiya-Türkiyə əməkdaşlığından keçir.
 
“Bunun da artıq əlamətləri görünürdü. İki ölkə arasında mehriban qonşuluq, əməkdaşlıq məsələlərində irəliləyiş var idi. Ancaq son hadisə ilə bu əməkdaşlığa böyük zərbə dəydi. Mən də bunu istəmirdim və fikirlərimi də bu kontekstdə yazmışdım.
 
Eyni zamanda,  Türkiyə-Rusiya münasibətlərinn gərginləşməsinə də ən çox sevinənlər ermənilərdir. İnd bizimkilər də buna sevinirlərsə, deməli, onların maraqları ilə bizim “vətənpərvərlərin” maraqları üst-üstə düşür.
 
Süarçılıqla, yalançı hay-küylə, “Türkün şanlı bayrağını Kremlə asacağıq” deməklə problemləri həll etmək mümkün deyil. O, nağıllarda, fantaziyalarda, Azərinin oxuduğu mahnılardadır. O nağıllara da uymaq vaxt keçirməkdir, real dünyanın proseslərini bilmək lazımdır.
 
Ona görə yenə də o fikrimdə qalıram ki,  Rusiya-Türkiyə münasibətlərinə zərbə vuran hər hansı bir hadisənin qarşısı alınmalıdır”-deyə, baş redaktor daha sonra sözlərinə əlavə edib.
 
K.Həmzəoğlu
Gün.Az

 





26.11.2015    çap et  çap et