525.Az

TQDK sədri vətəndaşları qəbul edəcək


 

TQDK sədri vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.

TQDK-nın mətbuat xidmətindən  verilən məlumata görə, qəbul dekabrın 4-də Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Görüşdə Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarının sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şirvan regional bölməsinə (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 19. İnzibati bina. Tel: (021 21) 5-15-23) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Hacıqabul, Saatlı, Sabirabad, Salyan və Neftçala rayon təhsil şöbələrinin rəhbərliyinə müraciət edə bilərlər.

Vəfa MƏMMƏDLİ

 





26.11.2015    çap et  çap et