525.Az

İncəsənət Universitetində olimpiada


 

İncəsənət Universitetində olimpiada<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə "Hacı Zeynalabdin Şirvani ilə Azərbaycan coğrafiyası olimpiadası" layihəsinin yarımfinal mərhələsi keçirilib.

Universitetdən verilən məlumata görə, əsas məqsədi tələbələr arasında Azərbaycan coğrafiyasına olan marağın artırılması, coğrafiya sahəsi üzrə yeni biliklərin əldə olunmasından ibarət layihənin bu mərhələsində ADMİU-da Kulturologiya fakültəsinin 40-a yaxın tələbəsi iştirak edib. Olimpiadada tələbələr 45 qapalı, 5 sual açıq olmaqla ümumilikdə 50 sualdan ibarət testlər təqdim olunub.

Layihə çərçivəsində ADMİU-ilə yanaşı 8 ali təhsil məktəblərində paralel olaraq eyni zamanda olimpiada keçirilib. Ümumilikdə olimpiadada 1000-dən çox tələbə iştirak edib. Hər təhsil müəsissəsindən ən yaxşı nəticə göstərən tələbələr arasında 2 komanda formalaşacaq və onlar öz universitetlərini finalda təmsil edəcəklər.

Olimpiadanın final mərhələsinin isə dekabr ayının əvvəlində keçirilməsi nəzərdə tutulub.

Vəfa MƏMMƏDLİ

 





26.11.2015    çap et  çap et