525.Az

"Öz silahını istehsal edə bilməyən ölkə söz sahibi ola bilməz"


 

"Öz silahını istehsal edə bilməyən ölkə söz sahibi ola bilməz"<b style="color:red"></b>

Türkiyənin texnoloji inkişafı Ankarada müzakirə edilib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Elm və Texnologiya Ali Şurasının toplantısında müdafiə sənayesi ilə bağlı müzakirələr aparılıb.

Baş nazir müdafiə sənayesinə verdikləri önəmi "Yüksək texnologiyaya sahib olan, öz müdafiə sənayesi məhsullarını istehsal etməyən bir ölkə nə bölgəsinə, nə də dünyada söz sahibi ola bilər" sözləriylə ifadə edib.

Türkiyənin elm və texnologiya sahəsindəki ən yüksək səlahiyyətə malik olan qurumunun 25-ci toplantısındakı çıxışında Ərdoğan qeyd edib ki, bu qurum ölkənin gələcəyinə təsir edən kritik qərarların qəbul edildiyi platformadır. Baş nazir aktual hadisələr nə qədər çox olursa-olsun elm və texnologiyanı gündəlikdən çıxarmadıqlarını, hər zaman ilk sıralarda saxladıqlarını vurğulayıb.

Baş nazir Türkiyənin gələcəyi baxımından bu qurumun və onun qəbul etdiyi qərarların əhəmiyyətinə diqqət çəkib. Ərdoğan xüsusilə 2023-cü il hədəfini vurğulayıb. Hökumət başçısı "Məqsədimiz Türkiyəni bütün sahələrdə olduğu kimi, elm və texnologiya sahəsində də 2023-cü ildə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirməkdir" deyib.

Ərdoğan çıxışında müdafiə sənayesinə xüsusi yer verib. Baş nazir bildirib ki, özünün tankını, topunu, tüfəngini, təyyarəsini, vertolyotunu, raketini, radarını - yəni yüksək texnologiyaya malik müdafiə sənayesini istehsal edə bilməyən dövlət nə regionda, nə dünyada söz sahibi ola bilər. Ərdoğan Türkiyənin müdafiə sənayesinə əhəmiyyətin müharibə arzusundan irəli gəlmədiyini söyləyib. Ərdoğan "Əksinə, bu toqquşmalar bölgəmizdə və dünyada sülhü, əmin-amanlığı, sabitliyi qorumaq məsələsindəki qərarlılığımızın nəticəsidir. Çəkindirici bir qüvvəylə dəstəklənməyən yumşaq güc iddiası yalnız sözdə qalar" deyib.

 





16.01.2013    çap et  çap et