525.Az

Məşhur kriminal avtoritet “Ded Xasan” öldürülüb


 

Məşhur kriminal avtoritet “Ded Xasan” öldürülüb<b style="color:red"></b>

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyan qətlə yetirilib.

 APA-nın “RİA Novosti” və “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildiriblər ki, sui-qəsd Povarsk küçəsində gerçəkləşdirilib. Yerli vaxtla saat 14.30-da A. Usoyan “Karetnıy dvor” adlı restorandan çıxarkən snayperdən açılan atəşlə öldürülüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Qeyd edək ki, A. Usoyan 1937-ci ildə Gürcüstanda doğulub. O, Rusiyadakı ən iri kriminal qruplaşmalardan birinin lideri idi.

 





16.01.2013    çap et  çap et