525.Az

Məmmədyarov NATO iclasında iştirak edəcək


 

Məmmədyarov NATO iclasında iştirak edəcək<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 1-2-də Brüsseldə baş tutacaq.

İclasa NATO baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısıdır.

 





30.11.2015    çap et  çap et