525.Az

Eldar Ryazanov öldü


 

Eldar Ryazanov öldü<b style="color:red"></b> Rusiyalı məşhur rejissor Eldar Ryazanov vəfat edib.
 
APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, rejissor noyabrın 30-da 88 yaşında Moskva xəstəxanalarından birində dünyasını dəyişib.
 
Noyabrın 29-da E. Ryazanov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
 
Kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 1927-ci ildə Samarada anadan olub. O, “Ünvansız qız”, “Qusar balladası”, “Şikayət kitabını verin”, “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alıb.
 





30.11.2015    çap et  çap et