525.Az

Neft və Senaye Universitetində treninq


 

Neft və Senaye Universitetində treninq <b style="color:red"></b>

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinn (ADNSU) təşkilatçılığı ilə universitetdə Erasmus+ proqramı üzrə Transfer Texnologiyları əsasında treninqlər təşkil edilib.

Universitetdən verilən məlumata görə, treninq Erasmus+ proqramının Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırovun iştirakı ilə keçirilib.

Tədbirin açılışında ADNSU-nun rektoru Mustafa Babanlı, Tədris işləri üzrə prorektor Qasım Məmmədov, Tərbiyə işləri üzrə prorektor Zəfər Qurbanov, eləcə də fakültələr üzrə kafedra müdirləri və müəllimlər iştirak ediblər.

Treninqlər dünəndən start götürüb, dekabrın 4 -dək davam edəcək. Məqsəd universitetdə Transfer Texnologiyaları üzrə məşqçilər hazırlamaqdan ibarətdir.

Treninqlərdə Azərbaycandan, xüsusilə də bu sahədə daha çox irəli gedən Ukraynadan dəvət olunan mütəsxəssislər mühazirələr oxuyacaqlar. 5 gün davam edəcək treninqlərin tədbirlər planı vaxt və məkan baxımından dəqiqliyi ilə hazırlanıb.
 
Treninqlər hər gün saat 9-dan başlayıb, saat 18:00-da bitəcək. Bura hər fakültədən iki nəfər olmaqla 17 nəfər cəlb olunub. Hər fakültədən 1-i seçilməklə 7 nəfərə sertifikat veriləcək, 7 nəfərə isə sadəcə bu texnologiyaları mənimsəyib sertifikat alan məşqçilərlə birlikdə mütəxəssislərin hazırlığı ilə məşğul olacaqlar.

Qeyd: Erasmus+ proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, öyrənmək, təcrübə toplamaq imkanları yardır. Proqram başqa ölkələrdə təcrübə keçmək və tədris etmək imkanı qazandırır. Erasmus+un əsas məqsədi Avropada təhsilin keyfiyyətini yüksəltmək, Avropada və digər qonşu ölkələrin tələbə və müəllimləri arasında mobil və mədəni əlaqələri inkişaf etdirməkdən ibarətdir.

Vəfa MƏMMƏDLİ

 





30.11.2015    çap et  çap et