525.Az

“Azərişıq” və “ASAN xidmət”dən iki yeni xidmət


 

“Azərişıq” və “ASAN xidmət”dən iki yeni xidmət <b style="color:red"></b> “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə daha iki yeni xidmət - “Smart kart tipli sayğaclarda kartın bərpası və yenisinin verilməsi”, “Qeyri əhaliyə üzləşmə aktların verilməsi” xidmətlərini təqdim edib.

"Azərişıq"dan "525"ə  bildirilib ki, hazırda mərkəzlərdə abunəçilər “Borcun olmamasına dair arayışın verilməsi”, “Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi”, “Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması” və “Borcun araşdırılması” xidmətlərindən yararlana bilərlər.

“Azərişıq”da şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında daha da operativ aparılması üçün təkmilləşdirmə işlərinə başlanılıb.

Nəticədə ASC tərəfindən göstərilən xidmətlərin proseduru xeyli sadələşdirilib, icra müddətləri azaldılıb.

Bundan əlavə, elektrik enerjisi haqlarının ödənilməsində də köhnə stereotiplər aradan qaldırılır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır.
 
SAMİRƏ
 





30.11.2015    çap et  çap et