525.Az

Şəxsiyyət vəsiqəsinin verilməsində yeni qaydalar sabah qüvvəyə minir


 

Şəxsiyyət vəsiqəsinin verilməsində yeni qaydalar sabah qüvvəyə minir<b style="color:red"></b>

Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsinin yeni qaydaları dekabrın 1-də qüvvəyə minir. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Dövlət rüsumu haqqında" qanuna edilən yeni dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.

 





30.11.2015    çap et  çap et