525.Az

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı


 

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı<b style="color:red"></b>

Milli Məclisin dekabrın 4-nə təyin olunan plenar iclasının gündəliyi açıqlanıb.
 
Parlamentdən "Report"a verilən xəbərə görə, növbəti iclasda 7 məsələnin müzakirə olunması nəzərdə tutulub.

İclasda yeni hazırlanan "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə ediləcək.
 
Eyni zamanda, "Azərbaycan respublikasının vətəndaşlığı haqqında", "Dini etiqad azadlığı haqqında", "Polis haqqında" qanun layihələrinə, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılacaq.

 





02.12.2015    çap et  çap et