525.Az

Türkiyə səfirliyindən bəyanat


 

Türkiyə səfirliyindən bəyanat<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfirliyi ölkə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ətrafında yaranan hadisələrlə bağlı bəyanat yayıb.
 
Səfirlikdən "Report"a daxil olan bəyanatda Türkiyənin bu hadisə ilə bağlı gərginliyi artırmaq niyyətinin olmadığı vurğulanıb:
 
"Bununla yanaşı, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm göstərəcəyimizi də gözləməsinlər.

Təəssüflər olsun ki, bu hadisədən sonra Rusiya ölkəmizə qarşı hesablanmamış addımlar atmağa başlayıb".

Bəyanatda Ruisya təyyarəsinin Türkiyə sərhədini keçməsi, ona xəbərdarlıq edilməsi, habelə hadisə ilə bağlı məsələlər şərh edilib.

"Nəticədə sağlam düşüncənin qalib gələcəyinə, bölgədə gərginliyi artırmadan "İŞİD"ə qarşı birlikdə mübarizə aparacağımıza ümid edirik".

 





02.12.2015    çap et  çap et