525.Az

Rauf Mirqədirovun məhkəməsi davam etdirilib


 

Rauf Mirqədirovun məhkəməsi davam etdirilib<b style="color:red"></b> Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib.
 
R. Mirqədirovun vəkili Fuad Ağayev bildirib ki, prosesdə şahidlər ifadə veriblər.
 
Proses dekabrın 9-da davam etdiriləcək.
 
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
 





02.12.2015    çap et  çap et