525.Az

Bakı Apellyasiya Məhkəməsinin Taleh Bağırovla bağlı qərarı - Yenilənib


 

Bakı Apellyasiya Məhkəməsinin Taleh Bağırovla bağlı qərarı - <b style="color:red">Yenilənib</b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.

Güclü təhlükəsizlik tədbirlərinin görüldüyü prosesdə T.Bağırov özü də iştirak edib.

*** 14:44

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək.

“Report”un əməkdaşı xəbər verir ki, hazırda məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Məhkəmə iclasına hakim Əflatun Qasımov sədrlik edəcək.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub.

Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 





02.12.2015    çap et  çap et