525.Az

Parlamentin komitə üzvləri və sədr müavinləri təsdiqlənib


 

MİLLİ MƏCLİSİN KOMİTƏ SƏDRLƏRİNİN YENİ MÜAVİNLƏRİ ARASINDA JALƏ ƏLİYEVA, AĞALAR VƏLİYEV, SAHİBƏ QAFAROVA VƏ RAUF ƏLİYEV DƏ VAR

Parlamentin komitə üzvləri və sədr müavinləri təsdiqlənib<b style="color:red"></b>

Dünən V çağırış Milli Məclisin (MM) plenar iclasında deputatlara vəsiqələr paylanılıb.

İclasda iştirak və çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK)  sədri Məzahir Pənahov bildirib ki, seçki komissiyaları bundan sonra da ölkədə keçiriləcək seçkilərin Seçki Məcəlləsinin və digər seçki aktlarının tələblərinə uyğun olaraq keçirilməsi üçün əlllərindən gələni edəcəklər:

"Ümumiyyətlə, seçkilərə dünyada olan təlabat ondan ibarətdir ki, demokratik seçkilər cəmiyyətin ümumi durumunun göstəricisidir.Birinci növbədə isə, seçkilər şəffaf olmalıdır. Yəqin ki, heç kim bizdə seçkilərin qeyri-şəffaf keçirildiyini də deyə bilməz.  Bu seçkilərdə yerli müşahidəçilərin sayı 70 mindən artıq idi".

Spiker Oqtay Əsədov da öz növbəsində deyib ki,  1 noyabr seçkiləri demokratik keçirilib:"Bunu seçkiləri izləyən beynəlxalq müşahidəçilər də deyiblər".

Spiker eyni zamanda iclasda iştirak edən MSK üzvlərinə  demokratik seçkilərin keçirilməsində fəal iştiraklarına görə təşəkkürünü bildirib.

Millət vəkillərinə deputat vəsiqələri paylandıqdan sonra  MM-in komitə sədrlərinin müavinləri təsdiqlənib. Rövşən Rzayev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Aydın Mirzəzadə Müdafiə, təhlükəsilik və korrupsiya ilə mübarizə komitəsinin, Eldar Quliyev Aqrar siyasət komitəsinin, Fəttah Heydərov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Yevda Abramov İnsan hüquqları komitəsinin, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yenidən sədr müavinləri kimi təsdiqləniblər.Bununla yanaşı, Ağalar Vəliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Kamran Nəbizadə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Rauf Əliyev Əmək və sosial siyasət komitəsinin, Jalə Əliyeva Mədəniyyət komitəsinin, Musa Quliyev Səhiyyə komitəsinin, Sahibə Qafarova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Xanlar Fətiyev İctimai birliklər və dini qurumlar komitəsinin, Ülvi Quliyev isə Gənclər və idman komitəsinin yeni sədr müavinləri seçiliblər.

Qeyd edək ki, J.Əliyeva Mədəniyyət komitəsində sədr müavini kimi Rafael Hüseynovu əvəzələyib, M.Quliyev isə yeni yaranan Səhiyyə komitəsinə sədr müavini seçilib. Onu sədr müavini Əmək və sosial siyasət komitəsində həmin komitənin üzvü Rauf Əliyev əvəzləyəcək.

MM-in iclasında həmçinin,  yeni seçilən deputatların hansı komitələrdə fəaliyyət göstərəcəyi məlum olub. Vüsal Hüseynov  və Elşən Musayev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,  Mahir Abbaszadə, Aydın Hüseynov və Tahir Mirkişili İqtisadi siyasət , sənaye və sahibkarlıq komitəsinin, Mirzəcan Xəlilov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Səlimov Eldəniz və Elçin Quliyev Aqrar siyasət komitəsinin, Araz Əlizadə Əmək və sosial siyasət komitəsinin, Kamran Bayramov Regional məsələlər komitəsinin, Pərvin Kərimzadə Elm və təhsil komitəsinin, Ağayeva Ülviyyə və Həmzəyeva Ülviyyə Mədəniyyət komitəsinin, Əflatun Amaşov, Tahir Kərimli, Elman Nəsirov və Hikmət Məmmədov İnsan hüquqları komitəsinin, Nəsib Məhəməliyev və Məmmədov Müslüm, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Rəşad Mahmudov və Kəmaləddin Qafarov Səhiyyə komitəsinin, Dilarə Cəbrayılova və Sona Əliyeva Ailə,qadın və uşaq məsələləri komitəsinin, Naqif Həmzəyev, Şahin İsmayılov və Elşad Həsənov isə Gənclər və idman komitəsinin yeni üzvləri kimi fəaliyyət göstərəcəklər.

Digər komitə üzvlərinin böyük əksəriyyəti isə üzv olduqları komitələrdə yenidən təmsil olunacaqlar.

Kamil HƏMZƏOĞLU

 





02.12.2015    çap et  çap et