525.Az

“Bakutel 2015” sərgisi öz işinə başlayıb - Fotoreportaj


 

“Bakutel 2015” sərgisi öz işinə başlayıb - <b style="color:red">Fotoreportaj</b> Dünən Bakıda "Bakutel 2015" 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi öz işinə başlayıb.

Keçirildiyi illər ərzində “Bakutel” sərgisi informasiya texnologiyaları üzrə yeni məhsul və xidmətlərin nümayiş etdirildiyi əsas meydança kimi, möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu əsas biznes-platformaya çevrilib.

Sərgiyə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək göstərilir. Həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) kimi yerli strukturlar da sərgiyə yaxından dəstək verirlər. Sərgi artıq uzun illərdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi nüfuzlu təşkilatlardan dəstək alır. Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilən keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu təsdiq edir.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.

Açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Ramin Quluzadə bildirib ki, artıq ənənəvi olaraq təşkil edilən “Bakutel” sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib.

“Ötən 21 il ərzində “Bakutel” sərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq edib. 1994-cü ildən ənənəvi təşkil olunan beynəlxalq “Bakutel” sərgisinin müxtəlif ölkələrdən olan iştirakçıları ötən illər ərzində eyni zamanda müstəqil Azərbaycanın güclənən iqtisadi imkanları, elmi-texnoloji nailiyyətlərinin ilbəil canlı şahidi olublar.  İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda informasiya və yüksək texnologiyaları sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilib.

Son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır.

Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatın ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olub. Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə də lider ölkəyə çevrilib. Əminəm ki, builki "Bakutel" sərgi-konfransı yüksək səviyyədə keçiriləcək, regionda İKT-nin inkişafına yeni təkan verəcək”, - deyə Ramin Quluzadə bildirib.

Qeyd edək ki, bu il sərgi Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir araya gətirir. Sərginin iştirakçıları arasında “ACER”, “Avirtel”, “Azercell Telecom”, “Azerkosmos”, “Azerfon”, “Azqtel”, “Airbus”, “Bakcell”, “BestComp Group”, “CISCO”, “Delta Telecom”, “Digital Source”, “HP”, “Huawei”, “IBM”, “LENOVO”, “R.I.S.K. Company”, “SAP”, “SINAM”, “Smart Systems Technology”, “Softline International”, “Schneider”, Sumqayıt Tenologitya Parkı, “Teleradio”, “Ultra Technologies”, “ZTE” və digər bu kimi aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil  rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distributorları var. “Eurodesign” şirkəti ardıcıl olaraq ikinci ildir ki, sərginin qeydiyyat sponsorudur. İlk dəfə olaraq, “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir.

SAMİRƏ
 





02.12.2015    çap et  çap et