525.Az

Əflatun Amaşov: "Belə məqamlarda ciddi ziyalı təpkisi olmalıdır"


 

Əflatun Amaşov: "Belə məqamlarda ciddi ziyalı təpkisi olmalıdır"<b style="color:red"></b>

"Nardaranda baş verən hadisələr kifayət qədər ciddi olaylardır".

Bunu jurnalistlərə açıqlamasında millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, hamıya da bəllidir ki, həmin olayları törədənlər nə istəyirlər. O deyib ki, bir qrup din pərdəsi altında Azərbaycanın konstitusion quruluşunu devirmək və özlərinə məxsus teokratik bir quruluş-dini dövlət  bərqərar emək istəyir. "Azərbaycan Konstitusiyası, o cümlədən,  ölkənin ayrı-ayrı qanunvericilik aktları ilə də bu sayaq hadisələri törədənlər ciddi şəkildə cəzalandırıla bilər. Mən belə düşünürəm ki, ərazi bütövlüyü, dövlət çevrilişi ilə bağlı olan cəhdlər qanunun bütün sərt üzü ilə özünün cəzasını almalıdır.

Qanunda hansı ağırlaşdırılmış cəzalar varsa, həmin qaydalar tətbiq olunmalıdır. Çünki heç bir halda konstitusion quruluşu devirmək, dəyişmək olmaz. Burada ikinci narahatedici məqam isə müxalifətin silahlı olmasıdır. Müxalifət silahlanır. Bu gün zəif hücumun qarşısı alınır, ancaq sabah onun qarşısı alınmasa və bu sayaq hallar başqa rayonlarda da həyata keçirilərsə, ölkəmizin gələcəyi üçün kifayət qədər ciddi problemlər yarada bilər. Bu baxımdan da,  məsələyə ciddi yanaşmaq lazımdır. Eyni zamanda hazırki missiya hüquq-mühafizə orqanlarının üzərinə düşür. Hüquq-mühafizə orqanları, daxili qoşunlar da öz missiyalarını layqincə yerinə yetirirlər"-deyə, Ə. Amaşov sonra bildirib.

Millət vəkili eyni zamanda sözlərinə əlavə edib ki, burada sadəcə, ictimaiyyətin yetərli təpkisi çatışmır:

"Ziyalıların təpkisi eşidilımir. Bu sayaq məqamlarda ziyalı təpkisi kifayət qədər ciddi olmalıdır. Siyasi yönündən asılı olmayaraq bütün insanlar-hansılar ki, öz ölkələrini sevirlər, öz ölkələrinin gələcəyi üçün narahat olurlar, onlar bu kimi hadisələrə öz kəskin münasibətlərini bildirməlidirlər. Bununla yanaşı, ölkədə aparılan islahatlarda təhsillə bağlı məqam daha çox  önə çəkilməlidir.Çünki bunlar məhz təhsilin yaratdığı problemlərdir ki, 7 yaşında bir uşaq baş verən hadisələrə siyasi qiymət verir.O, bildirir ki,  din həmişə siyasi olub, quldur polislər gəldilər qardaşlarımızı şəhid etdilər, biz də şəhid olacağıq. 7 yaşlı uşaq böyüyəcək və 30-50 yaşları olanda da  bu sayaq fikirlər söyləyəcək. Ona görə biz təhsil sahəsində  çox ciddi islahatlar həyata keçirməliyik". Ə. Amaşov Nardaran hadisələrinin işıqlandırılmasında Azərbaycan mediasının əksəriyyət etibarı ilə obyektiv, operativ və dövlətçi mövqe mümayiş etdirdiklərini də xüsusilə vurğulayıb.

Millət vəkili Jalə Əliyeva da  deyib ki, Nardaranda baş verən məlum hadisələr hər birimizin həyəcanına və bir daha düşünməyinə səbəb olan hadisələrdir. Millət vəkilinin sözlərinə görə, bu hadisələrin başvermə səbəbləri, kimlər tərəfindən ortaya atılması, burada hansı niyyətlər güdülməsi və sair məqamların araşdırılması, aşkarlanması istintaqın, dövlət qurumlarının işidir:

"Amma zatən  bu hadisələrə dərindən bələd olmayan, onu yaxından izləməyən hər kəsə də aydındır ki, bunun kökündə Azərbaycan dövlətinə qarşı həyata keçiriliən, yəni, dindən alət kimi istifadə edərək ölkədə, vətəndaşlar arasında iğtişaş yaratmaq arzusu, niyyəti dayanır".

O, deyib ki, bütün bu niyyətlərin arxasında da məkrli məqsədlər-Azərbaycanın dünyəvi dövlət olmaq imicinə, Azərbaycanın tolerant bir dövlət olmaq imcinə, Azərbaycanın multikultralizm sahəsində əldə etdiyi nailiyyətlər imicinə kökündən zərbə vurmaq hədəflərinə istiqamətlənmiş addımlar dayanır:"Həmçinin, qısa bir zamanda günahkarların ortaya çıxarılaraq yaxalanması və hadisələrin qarşısının vaxtında alınması özlüyündə bir daha dünyaya verilən bir mesaj oldu.

Yəni, Azrbaycanda güclü dövlət var, Azərbaycanda dərin dövlətçilik ənənələri var,  Azərbaycanda hər hansı bir bölücülüyə, vətəndaşlar arasında dini baxımdan fikir ayrılığına, təfriqəçiliyə,iğtişaşa səbəb ola biləcək bütün hadisələrin  qabağı vaxtında alına bilir və bu hadisələri önləyə biləcək güclü bir dövlətimiz, dövlətimizin də saat mexanizmi kimi işləyən qurumları var.

Biz dünyaya bu mesajı verə və bir daha sübut edə bildik ki, Azərbaycan sözün əsl mənasında dünyəvi dəyərlərə istinad edən, hər gün qloballaşmaqda olan, bütün dinlərə hörmətlə yanaşan, əsla və əsla dini radikallığı, dini ifratçılığı qəbul etməyən bir dövlətdir".

KAMİL

 





02.12.2015    çap et  çap et