525.Az
Təhsil Mərkəzindən Qarabağla bağlı kampaniya
Bu gün Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi və Azərbaycanın Talassemiya Federasiyası ilə birlikdə Ağcabədi şəhərində talassemiyalı xəstələr və şəhər Mərkəzi xəstəxanasının həkimləri üçün informasiya məktəbi keçiriblər.
Mərkəzdən 525.az-a verilən məlumata görə, GTM Qarabağ ofisinin “ İnkluziv təhsil və üşaq inkişaf mərkəzi “ nəzdində yaranan talassemiya xəstələri üçün informasiya məktəbi sözügedən xəstəlikdən əziyyət çəkən uşaq və yeniyetmələrin müalicəsi üçün dövlət tərəfindən nəzərdə tutulan hüquqi prosedur haqqında onları maarifləndirmək istiqamətində fəaliyyət göstərəcək.
Tədbirdə Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı , Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Gülgün Gündüz talassemiya pasientləri və onların ailələri üçün xəstəlik barədə təqdimatla çıxış edib.
Daha sonra Talassemiya mərkəzinin həkim-hematoloqu Zaur Məmmədbəyov tərəfindən həkimlər üçün təqdimat keçirilib.
Talassemiyalı pasientlərin müalicəsi ilə əlaqədar olan bir çox suallar müzakirə olunub. Tədbirdə iştirak edən xəstələrə Birlik tərəfindən hədiyyələr təqdim edilib.
Vəfa MƏMMƏDLİ
02.12.2015
çap et