525.Az

Nardaranda əməliyyat zamanı polisə müqavimət göstərildi: 1 yaralı


 

Nardaranda əməliyyat zamanı polisə müqavimət göstərildi: <b style="color:red">1 yaralı</b>

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı bir nəfər yaralanıb.
 
Bu barədə “Report”a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib. Belə ki, Əbülfəz Hacıbala oğlu (soyadı məlum deyil) əməliyyat zamanı polisə müqavimət göstərib.
 
Nəticədə polis əməkdaşları atəş açmaq məcburiyyətində qalıb. O, ayağından yaralanıb. Yaralıya tibbi yardım göstərilib.

Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

 





02.12.2015    çap et  çap et