525.Az

Samuxda orta məktəbdə yanğın olub


 

Samuxda orta məktəbdə yanğın olub<b style="color:red"></b>

Bu gün səhər saatlarında Samuxda orta məktəbdə yanğın olub, 60 nəfərə yaxın şagird və müəllim təxliyyə edilib.

525.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Samux rayonu, Poylu kəndində hər mərtəbəsi 1250 kv.m olan ikimərtəbəli məktəb binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 12 kv.m olan xidməti otaqda 4 kv.m sahədə əşyalar və sənədlər qismən yanıb.

Yanğın zamanı 60 nəfərə yaxın şagird və müəllim heyəti yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Otaq və sənədlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





17.01.2013    çap et  çap et