Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının Ürək-Damar Mərkəzinin rəhbəri Fərid Əliyev Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib.
Bu barədə "Report"a ATU-dan məlumat verilib.
Xatırladaq ki, Ondokuz Mayıs Universiteti Tibb fakültəsini (Türkiyə) bitirən F.Əliyev təhsilini 2007-ci ilədək İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsində rezidentura pilləsində (Uzmanlık) davam etdirib. 2012-ci ildə isə Türkiyədə imtahanla alına biləcək ən üst elmi dərəcə - dosent elmi dərəcəsini alıb.
Elmi və həkimlik fəaliyyətinə Türkiyədə İstanbul Universitetində başlayan Fərid Əliyev 2009-cu ildən Azərbaycanda çalışır.
O, 2013-cü ildən Azərbaycan Tibb Universitetində Daxili Xəstəliklər və Reanimatologiya Kafedrasında fəaliyyətini davam etdirir.
çap et