525.Az

Nalbandyan həmsədrlərlə görüşəcək


 

Nalbandyan həmsədrlərlə görüşəcək<b style="color:red"></b> Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Belqradda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.
 

APA-nın “Armenpress”-ə istinadən verdiyi məlumata görə, Ermənistan XİN-dən bildirilib ki, görüş 3-4 dekabr tarixlərində ATƏT-in Belqradda keçiriləcək Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində baş tutacaq.
 
Xatırladaq ki, bir müddət əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-ya açıqlamasında Belqradda keçiriləcək toplantıda iştirak edəcəklərini, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklərini bildirmişdi.
 





02.12.2015    çap et  çap et