525.Az

Həmsədrlər Fransanın dövlət katibi ilə Dağlıq Qarabağ münaqişəsindən danışdılar


 

Həmsədrlər Fransanın dövlət katibi ilə Dağlıq Qarabağ münaqişəsindən danışdılar<b style="color:red"></b> ATƏT-in Minsk qrupunun həmsədrləri Belqradda Fransanın dövlət katibi Harlem Desirlə görüşüblər.
 
APA-nın xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz “twitter” səhifəsində yazıb. “Fransanın dövlət katibi ilə Belqradda Dağlıq Qarabağ münaqişəsini müzakirə etməkdən məmnunuq. Biz birlikdə işləyəcəyik” - deyə, tvitdə bildirilir.
 
Qeyd edək ki, bu gün Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da toplantıda iştriak edəcək.

Nazirin toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
 





03.12.2015    çap et  çap et