525.Az

Mirşahin Ağayevin şikayəti birinci instansiya məhkəməsinə qaytarılıb


 

Mirşahin Ağayevin şikayəti birinci instansiya məhkəməsinə qaytarılıb<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev Milli Televiziya və Radio Yayımları Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə məhkəmə prosesləri başa çatıb.
 
APA-nın məlumatına görə, M. Ağayev şuranın “ANS”in cərimələnməsi ilə bağlı qərarlarının ləğv edilməsi barədə iddia ərizələri ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə sənədlərin düzgün təqdim edilmədiyini əsas gətirərək həmin iddiaları rədd edib.

Bundan sonra M. Ağayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində 14 hal üzrə apellyasiya şikayətlərinə baxılıb.
 
Məhkəmə iddiaların Səbail rayon Məhkəməsinə qaytarılması, sənədlərin məhkəməyə düzgün təqdim edilməsi və işlərə orada baxılması barədə qərarlar qəbul edib.
 





03.12.2015    çap et  çap et