525.Az

“Yeni Üfüq” Şabranda milli-mənəvi dəyərlərlə bağlı tədbir keçirib - Fotolar


 

“Yeni Üfüq” Şabranda milli-mənəvi dəyərlərlə bağlı tədbir keçirib - <b style="color:red">Fotolar</b>

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Şabran rayonunda keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, bu gün Azərbaycan müasir olduğu qədər milli-mənəvi dəyərlərinə də bağlıdır.
 
Onun sözlərinə görə, milli və mənəvi dəyərlərə qorunub saxlanması və gələcək nəsillərə ötürmək missiyası bizlərin üzərinə düşür:
 
“Xüsusilə, gənclərin milli adət-ənənələrinə sahib durması söykökünə sayğıdan, diqqətdən başqa, həm də bu məmləkətin varlığını özündə ehtiva edir. Əminəm ki, vaxtilə bizim qoruyub saxladığımız milli adətlər, mənəvi dəyərlər bugünkü gənclərimiz tərəfindən gələcək nəsillərə ötürüləcək”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, bu gün milli adət-ənənələrlə yanaşı, həm də mənəvi dəyərlərin mühafizə olunmasına, layiqincə yaşadılmasına ehtiyac var.

Onun sözlərinə görə, gənclərin diktə olunan, uydurma deyil, doğru-dürüst mənəvi dəyərlərə sahib olması dövlətçiliyimizin daha da möhkəmlənməsinə gətirib çıxaracaq:

“Bu gün Azərbaycan dövləti regionda tolerantlığın həqiqi təminatçısıdır. Məhz dövlətimizin, eləcə də xalqımızın böyüklüyü və müdrikliyi sayəsində Yaxın Şərqdəki qanlı hadisələr heç vaxt Azərbaycanda olmayıb.
 
Təəssüflər olsun ki, bu gün də xaricdən maliyyələşən yad qüvvələrin vətənimizdə bölücülük fəaliyyətilə məşğul olması halları özünü göstərir. Biz hər birimiz buna əngəl olmalı, bu işdə dövlətimizə dəstəyimizi göstərməliyik. Hər bir azərbaycanlı gənc bilməlidir ki, onun cihad yeri doğma Qarabağdır".

Tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuriyev, DQİDK -nin Quba bölgəsi üzrə şöbənin əməkdaşı Ramin Xudayev, Şabran rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əlməmmədov mövzu ətrafında fikir mübadiləsi aparıblar.

 





03.12.2015    çap et  çap et