525.Az

Nardaranda silah-sursat tapıldı


 

Nardaranda silah-sursat tapıldı<b style="color:red"></b> Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılan silah-sursat tapılıb.

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmin ərazidən 1 ədəd nömrəsi silinən, qundağı kəsilən “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrəsi silinən “Revolver” tipli tapança götürülüb.
 





03.12.2015    çap et  çap et