525.Az

"Dini qurumlarla bağlı islahatlar həyata keçirmək lazımdır"


 

"DİNİ EKSTREMİZMƏ QARŞI MÜBARİZƏ HAQQINDA" QANUNUN QƏBUL OLUNMASINA EHTİYAC VAR"

"Dini qurumlarla bağlı islahatlar həyata keçirmək lazımdır"<b style="color:red"></b>

"Hər bir qanun layihəsinin qəbul olunması müəyyən ehtiyaclardan irəli gəlir. Son günlərdə radikal-ekstremist qüvvələrin fəallaşması bu barədə  qanunun sərtləşdirilməsini zəruriləşdirir".

Bu sözləri İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov ölkədə "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunun qəbul olunması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu qanunun qəbul olunması radikal-ekstremizmə qarşı mübarizəni daha da sərtləşdirəcək: "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunun qəbul olunmasına ehtiyac var. Hesab edirəm ki, qanun qəbul olunduqdan sonra bunun ciddi nəticələrini görəcəyik".

Ş.Camalov qeyd edib ki, son dövrlər Yaxın Şərqdə baş verən hadisələr vəziyyətin doğrudan da ciddi olduğunu göstərir. Radikal-ekstremist qüvvələr bütün dünya üçün təhlükə mənbəyidir. Ona görə də, qanunun sərtliyi ilə onların qarşısını almaq, təhlükəsiz həyat şəraitini bərpa etmək vacibdir. O cümlədən, Azərbaycanda radikal-ekstremist qüvvələrə qarşı mübarizənin qanunla tənzimlənməsi gələcəkdə baş verə biləcək hadisələrin qarşısını öncədən almağa imkan verəcək".

Elçin Mirzəbəyli hesab edir ki, radikal ekstremizmə qarşı qanunun sərtləşdirilməsi vacibdir: "Milli Məclisdə müzakirə olunan qanunun qəbul olunması gözləniləndir". Politoloq bildirib ki, təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada baş verən proseslərdən nəticə çıxararaq, qarşılaşa biləcəyimiz problemlərin qarşısını almaq üçün öncədən hüquqi bazanın hazırlanmasına ehtiyac var: "Bu baxımdan, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul olunmalı, eləcə də "Dini etiqad azadlığı haqqında" qanuna və digər qanunvercilik aktlarına əlavə dəyişikliklər edilməli, dini atributlardan istifadə məsələləri bağlı yeni normalar müəyyənləşdirilməlidir. Bütün bunların qanunvericiliklə tənzimlənməsi mühüm addımdır. Bu, qanunlar gələcəkdə qarşımıza çıxa biləcək problemlərin aradan qaldırılmasına müsbət təsir göstərəcək".

Keçmiş dölvət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunun qəbul olunması düzgün addımdır.

Azərbaycanda dini etiqad, vicdan azadlığının qanunla tənzimləndiyini diqqətə çatdıran politoloq bildirib ki, yaradılan şəraitdən sui-istifadə halları da müşahidə olunur. Müxtəlif təriqətlərin ölkədə dini firqələr yaratması, dinə siyasi çalarlar qatması adı hala çevrilib. Təəssüflər olsun ki, bu, Azərbaycanda radikal meyilliliyin yaranması və sürətlə yayılmasına gətirib çıxarır".

Q.Hüseynli hesab edir ki, qanunları qəbul etməklə yanaşı, dini qurumlarla bağlı iş aparmaq lazımdır. Əfsuslar olsun ki, ölkədə dini maarifləndirmə işi ilə məşğul olan qurum yoxdur. Radikal düşüncəni yayanlar təhsilsiz və nəzarət olunmayan mollalardır. Ona görə də, qurumlarla bağlı islahatlar həyata keçirmək lazımdır".

Ceyhun ABASOV

 





03.12.2015    çap et  çap et