525.Az

Nazir: "DTİHB ilə gələcək əməkdaşlıq sual altındadır"


 

Nazir: "DTİHB ilə gələcək əməkdaşlıq sual altındadır"<b style="color:red"></b> "ATƏT-in qurumu tərəfindən mandatının pozulması DTİHB ilə gələcək əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərməyə bilməz".

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclasında deyib.

Nazir qeyd edib ki, hazırda ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub:

"İnsan hüquqları ölçüsünün təzyiq aləti kimi yanlış istifadəsinə cəhdlər ATƏT daxilində etimad böhranını yalnız dərinləşdirib. Müvafiq mandatların pozulması və ATƏT-in icraedici strukturlarının fəaliyyətində ciddi çatışmazlığın inkarı onların müqabil olmasını sual altına qoyur. İştirakçı dövlət icraedici struktur tərəfindən mandatın ciddi şəkildə pozulmasına dair xəbərdarlıq edirsə, bu məsələ nəzərdən keçirilməli və ATƏT-in maraqları çərçivəsində nizamlanmalıdır.

Bu kontekstdə, iştirakçı dövlətin seçkilərlə bağlı yardım tipli əməkdaşlıq xahişinə ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun imtinası nəticəsində yaranmış spesifik vəziyyəti diqqətə çəkmək istərdim.

Əminik ki, bu vəziyyət araşdırılmalı və bu kimi insidentlərin gələcəkdə yenidən baş verməsinin qarşısının alınması üçün müvafiq prosedurlar yerinə yetirilməlidir. Mən Nazirlər Şurasını Nümayəndəliyimiz tərəfindən irəli sürülmüş təklifi əsaslı nəzərdən keçirməyə çağırıram".
 





03.12.2015    çap et  çap et