525.Az

Ötən gecə Bakıda maşınları su basıb: 5 nəfər xilas edilib


 

Ötən gecə Bakıda maşınları su basıb: 5 nəfər xilas edilib<b style="color:red"></b> Ötən gecə yağan intensiv yağışlar nəticəsində Bakının Nərimanov rayonunda yollarda suyun səviyyəsi xeyli qalxıb.
 

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə, hərəkət məhdudlaşıb və vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb.
 
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 5 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
 





04.12.2015    çap et  çap et