525.Az

AzTV-nin qəzeti çapını dayandırdı


 

AzTV-nin qəzeti çapını dayandırdı<b style="color:red"></b>

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsisçisi olduğu “Ekran-efir” qəzeti fəaliyyətini dayandırıb.

“Report”un xəbərinə görə, qəzetin əməkdaşları işdən çıxarılıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “Report”a açıqlamasında bildirib ki, “Ekran-efir” qəzeti bundan sonra fəaliyyətini kağız deyil, onlayn formatda davam etdirəcək: “Qəzetin onlayn formata keçidi çoxdan planlaşdırılırdı”.

“Ekran-efir” qəzeti işçilərinin vəzifədən çıxarılmasına gəlincə, X.Qasım bunları deyib:

“Kadr məsələləri daxili işimiz olduğundan bu barədə açıqlama vermirik”.

 





04.12.2015    çap et  çap et