525.Az

Avstriya Hava Yolları Bakı reysini dayandırır


 

Avstriya Hava Yolları Bakı reysini dayandırır<b style="color:red"></b>

Avstriya Hava Yolları konserni gələn il yanvarın 12-dən etibarən Vyana-Bakı-Vyana reysi ilə uçuşları dayandıracaq.

Aviakonsernin mətbuat xidmətindən bildiriblər ki, tələbatın aşağı düşməsi və müəyyən müddətdən bəri müvafiq minimum həcmin olmaması bu addımı atmağa vadar edib.

Vyana-Bakı-Vyana marşrutu üzrə sonuncu aviareys yanvarın 11-də gerçəkləşdiriləcək və sonrakı tarixlərə bilet almış sərnişinlərə alternativ variantlar təklif ediləcək.

AzərTAc

 





04.12.2015    çap et  çap et