Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri, Millət vəkili Əflatun Amaşov Azərbaycan Ordusunun şəhid olmuş giziri Fariz Novruzovun Saatlı rayonunun Mollavazlı kəndində keçirilən yas mərasimində iştirak edib.
Bu barədə Əflatun Amaşov öz feysbuk səhifəsində məlumat verib.
"Bu gün Saatlı rayonunun Mollavazlı kəndində şəhid Novruzov Fariz Əlabbas oğlunun yas mərasimində iştirak etdim. Gizirimizin doğmalarına, əzizlərinə başsağlığı verdim, onlara uca Tanrıdan səbr dilədim.
Bu ağrı-acını paylaşmaq üçün mənimlə birgə Saatlıya gedən Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğluya və Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədliyə təşəkkürümü bildirirəm.
Silahlı Qüvvələrimizin hərbi qulluqçusu gizir Fariz Novruzov noyabrın 30-da təmas xəttində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub.
Vətən torpağı uğrunda mübarizədə həyatını itirmiş hər bir şəxsin xatirəsi ucadır. Fariz də xatirəsi uca tutulmağa layiq dəyərli Vətən oğludur.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, Əflatun Amaşov bu il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə Saatlı rayonundan millət vəkili seçilib.
çap et