525.Az

Dərs buraxan şagirdlər 100 manat cərimələnəcəklər


 

Dərs buraxan şagirdlər 100 manat cərimələnəcəklər<b style="color:red"></b>

Azərbaycanda orta məktəblərdə dərs buraxan şagirdlərin valideynləri 100 manat çərimələnəcəklər.

Modern.az saytı xəbər verir ki, bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilib.

Yeni dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən artıq dərs buraxan şagirdin valideyni 100 manat məbləğində cərimələnəcək.

 





04.12.2015    çap et  çap et