525.Az

Yanğın baş vermiş özüldə 32 neftçi xilas edilib - Yenilənib


 

Yanğın baş vermiş özüldə 32 neftçi xilas edilib - <b style="color:red">Yenilənib</b> "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə  32 nəfər xilas edilib.
 
Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
 
Xilasetmə işləri davam edir.
 
“Reuters” agentliyinin hadisə ilə bağlı yaydığı məlumatda 32 işçinin həlak olduğu bildirilir.
 
APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub.
 
Özülün rəisi Allahverdi Məmmədov olub.
 
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
 
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

*** 15:25

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 25-dən artıq şəxs xilas edilib.
 
Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. Xilas edilənlər arasında xəsarət alan yoxdur.
 
Xilasetmə işləri davam edir.
 
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
 
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
 
APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.
 





05.12.2015    çap et  çap et